↑Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Marselo Avqusto Matias da Silva (26 Avqust 1991 – 28 Noyabr 2016) — Sadəcə Marselo kimi də tanınan, Şapekoense klubunda çıxış etmiş Braziliya futbolçusu. O, klubda müdafiənin mərkəzi cinahında oynayırdı.[1] Marselo həmçinin Flamenqo və Volta Redondo klublarında da çıxış etmişdir. Marselo LaMia Hava Yolları reys 2933-ün 28 noyabr 2016-cı ildə qəzaya uğraması nəticəsində həlak olanlardan biri olmuşdur.